Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovun böyrəyini satışa çıxarmasının səbəbləri məlum olub.
Aktual.Az xəbər verir ki, aznews.az-da daxil olan məlumata görə, C.Məhərrəmov sevdiyi qızla evlənə bilmək üçün bu addımı atıb.
Belə ki, uzun illərdir ki, bir-birini sevən cütlük bu yaxınlarda evlənmək qərarı verib.
Qıza elçi gedən oğlan evinə isə şərt qoyulub: evi olmalıdır. Ev almağa maddi imkanı çatmayan gənc aktyor isə böyrəyini satmaq qərarı verib.
Məsələ ilə bağlı əməkdaşımız aktyor C.Məhərrəmovla əlaqə saxlayıb. O, AzNews.az-a sözügedən məlumatları təsdiqləyib:
“İki ilə yaxındır ki, bir-birimizi sevirik. Qız evi deyir ki, oğlanın evi olsun, sonra toya razılıq verək. Əslində bu, normal bir şeydir. Hər bir ana istəyər ki, qızını elə oğlana versin ki, onun evi olsun. Evim olmadığından qalıb. Ümid edirəm ki, bunu axırı yaxşı olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovun böyrəyini satışa çıxarması barədə məlumalar yayılmışdı. O, buna səbəb kimi evsizlikdən əziyyət çəkdiyini bildirmişdi.
Onu da bildirək ki, Cavanşir Məhərrəmov böyrəyini satması barədə mətbuata verdiyi açıqlamaya görə teatr tərəfindən cəzalandırılıb.
// Aktual.az