Tanınmış aktrisa əməliyyat olundu

Tanınmış aktrisa əməliyyat olundu

Azərbaycan Dövlət Musiqili Teatrın aparıcı aktrisası, əməkdar artist Nahidə Orucova əməliyyat olunub. Bu haqda aktrisanın həkimi Məhəmməd Məhərrəmov Milli.Az-a məlumat verib:

"Aktrisa Nahidə Orucova oktyabrın 31-də ayaqlarında olan ağrılardan, halsızlıqdan, zəiflikdən şikayətlənərək xəstəxanaya yerləşdirilmişdi. Nahidə xanıma kliniki laborator müayinələr edildi, sağ aşağı ətrafın dərialtı venaların genişlənməsi diaqnozu qoyularaq cərrahiyyə şöbəsinə yerləşdirildi. Əməkdar artist bu gün saat 11: 45-də əməliyyata alındı. Şükür Allaha ki, əməliyyat uğurlu keçdi. Xəstənin hazırda vəziyyəti stabil qiymətləndirilir".

Xəbər 821 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR