Niyaməddin Orduxanlı: “Polisə əl qaldıranlar ən ağır cəzaya layiq görülməlidir.
Azərbaycan dövləti çox güclüdür və bu, cinayətgar elementlər ölkənin siyasi sabitliyini poza bilməz. Təəssüf ki, bunların regonlarda öz şəbəkəsini qurublar , tərəfdar toplaya biliblər.” Nardaran hadisələri ilə bağlı siyasi partiya təmsilçiləri də kəskin etirazını bildirir. Bununla bağlı mətbuata BAXCP sədrinin ictimai və siyasi məslələr üzrə müavini Niyaməddin Orduxanlı acıqlama verib. Onun sözlərinə görə, polisin bu gün keçirdiyi əməliyyat çoxdan atılmalı idi:”Taleh Bağırzadə “Müsəlman Birliyi” adı altında təşkilat yaradıb hökümətə qarşı, dövlətə qarşı fəaliyyət göstərirdi. Konstitutsiyamıza görə dövlət dindən ayrıdır. Din xadimlərinin siyasi fəaliyyətlə məşğul olmasi qəti qadagandır.
Biz dünyəvi dövlətik. Kimsə də Azərbaycan dövlətinin idarəetmə qurluşunu dəyişdirə bilməz. Din pərdəsi adı altında başqa dövlətə gedib orda dini dərslər deyil, təlimlər, təxribat işi qurmaq üçün idioloqlar hazırlayıblar. Acıq aşgar görünürdü ki, bu adamları göndəriblər Azərbaycana təxribatla məşğul olsunlar. Nardaran da baş verən hadisə bütün xalqı üzdü. 7 nəfər vətandaşımız dünyasını dəyişib. Bu çox ağır cinayətdir. Bu cinayəti törədən şəxslər özlərini “dindar” kimi cəmiyyətə təqdim edirdilər.
Taleh Bağırzadə başda olmaqla dəstənin heç bir üzvü əmək fəaliyyəti ilə məşğul olmurdu. Belə olan halda hansı vəsaitlə yaşayırdılar? Bunlar çox yaxşı şəraitdə yaşayırdılar. Hardan alırdılar bu pulları. Bu faktın özü onu göstərir ki, birbaşa bunlar xaricdən maliyələşirdilər. Tökülən qan yerdə qala bilməzdi və qalmadı da. Bu adamlar ən ağır cəzaya layiq görülməlidir. Ancaq bunlarla yanaşı həmin bu cinayətgar dəstəyə siyasi və mətbuat dəstəyi verən Əli Kərimli və “Milli Şura”da mənəvi və siyasi məsuliyyət daşımalıdır.
Əli Kərimli xarici dövlətin agentini az qalırdı peyğəmbər kimi təblığ etsin. Bunun səbəbi ondan irəli gəlirdi ki, Kərimli xalqdan ciddi dəstək ala bilmir və fikirləşirdi ki, Taleh Bağırzadə kimi cinayətgarların əli ilə ölkədə siyasi sabitliyi pozub nəyəsə nail ola bilər. Kərimli hətta Talehə siyasi məsləhətlər də verirdi ki, “Azərbaycanı dünyəvi dövlət” kimi gördüyünü bəyan etsin. Ona qarşı yönələn ittihamlardan kənar saxlamaq istəyirdi. Xatirlayırsınızsa, Taleh Bağırzadə parlament seçkilərində vətandaşları baykot etməyə də səsləndirirdi.
Bu adamların birgə əməkdaşlığı olub. Bu səbədən də Azəraycan ictimaiyyəti, ziyalısı, siyasi partiyada fəaliyyət göstərən şəxsləri Əli Kərimlini də şiddətlə qınamalıdır. BAXCP sədrinin müavini onu da bildirib ki, Bağırzadə ölkədə dini dövlət qurmaq niyyətində olub:” Azərbaycanı Suriyanın, Liviyanın, Misirin və başqa müsəlman ölkələrinin gününə salmaq istəyirdilər. Görünür vaxtı ilə Taleh Təhsil Nazirliyi qarşısında törətdiyi cinayətə görə, aldığı cəzadan çox yünkül olub. Bu səfər isə, Bağırzadə polisə əl qaldırdığına görə ən ağır cəzaya layiq görülməlidir.
Dünyanın hər yerində polisə əl qaldırmaq ən ağır cinayət hesab edilir. Polisi qətlə yetirən insanlar elə yerindəcə polis həmgarları tərəfindən məhv edilir. Azərbaycan dövləti çox güclüdür və bu, cinayətgar elementlər ölkənin siyasi sabitliyini poza bilməz. Təəssüf ki, bunların regonlarda öz şəbəkəsini qurublar , tərəfdar toplaya biliblər. Və inanıram ki, baş vermiş hadisədən sonra heç bir kəs cinayətdən kənar qala bilməyəcək.”
Aktual.az