“Taleh Bağırov öz çirkin əməllərini davam etdirdi”- Nardaranın deputatı

“Taleh Bağırov öz çirkin əməllərini davam etdirdi”- Nardaranın deputatı

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Eldar Quliyev Nardaranda baş verən hadisələrlə bağlı Modern.az saytına açıqlama verib. 

O bildirib ki, Taleh Bağırov və onun tərəfdarları “Müsəlmanlar Birliyi” adı altında Azərbaycan xalqına, dövlətimizə və dövlətçiliyimizə qarşı düşmənçilik nümayiş etdirib:

“Bunu hər kəs anlayır, başa düşür. Özlərini dindar kimi qələmə verənlər silah-sursata sarılırlar. Bu onların əsl iç üzünü göstərir. Müxtəlif zamanlarda bu kimi hadisələr baş verib və hər zaman da dövlətimiz tərəfindən qətiyyətlə alınıb. Bir neçə il bundan öncə Təhsil Nazirliyi qarşısında hicabla bağlı aksiyalar keçirildi. O zaman insanlar əllərində küt alətlərlə aksiyaya qatılmışdılar və orada dövlətçiliyə qarşı çağırışlar səsləndirmişdilər. O aksiyada qanusuz əməllərinə görə, Taleh Bağırov saxlanıldı. Müəyyən müddət cəzasını çəkdi. Amma azadlığa çıxandan sonra öz çirkin əməllərini davam etdirdi”. 

Deputat bildirib ki, qanunsuz əməllərinə görə Taleh Bağırov həbsdə olarkən onun ətrafında olan insanlar yalnız Nardaranda deyil, Masallıda, Lənkəranda, Gəncədə və ölkəmizin digər başqa bölgələrində anti-Azərbaycan təbliğatı apararaq bəzən gəncləri qadağan olunmuş dini kitablarla vasitəsilə dini baxışlarını dəyişərək, öz tərəfinə cəlb edə bilib. Bu əlbəttə ki, bizlərdə təssüf doğurur. 

E.Quliyev onu da qeyd edib ki, bu kimi qüvvələr bizim müstəqilliyimizə qarşı mübarizə aparırlar və dövlətimizin inkişafını istəmirlər. 

“Azərbaycanın müsəqilliyini istəməyən qüvvələr var. Onlar xaricdən belə adamları idarə edirlər. Başqa bir məsləni də diqqətinizə çatdırmaq istəyirəm. Ətraf ölkələrə nəzər salsaq görərik ki, dünya üzrə müsəlman ölkələri içərisində ən stabil dövlət Azərbaycandır.

Dünyanın ayrı-ayrı ölkələrində islamı dinini 50-100 yerə bölürlər. Bu təriqətlər biri-birinə qarşı əsl müharibə aparırlar və müsəlmlar arasında qanlar axıdılır. Azərbaycanda isə bunun əksinədir, dövlətimizdə sakitçilik, sabitlik, əmin-amanlıq hər zaman qorunub saxlanılır. Bunu gözü götürməyən qüvvələr dini pərdələr altında dövlətimizin müstəqilliyini təhdid edilrlər. Amma onlar bilməlidirlər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti uğurla davam etdirən güclü dövlət başçımız, Prezidentimiz İlham Əliyev var və o xalq hər zaman onun yanındadır. Azərbaycan dövlətinin gücünü heç bir qüvvə sarsıda bilməz”. 

Deputat Nardaranda baş verən hadisələri qətiyyətlə pisləyib: 

“Mən bununla bağlı ölkə rəhbərliyiniə müraciət edərək Nardaranda baş verən bu hadisələrə son qoyulmasını xahiş etmişəm. Bu hadisələrdə birbaşa günahkar olan Taleh Bağırov və onun tərəfardarlarıdır. Çünki onlar dövlətimiuzə qarşı anti-təbliğat aparıblar. Onlar dövlətçiliyimizə qarşı çıxıblar. Onlar Azərbaycan dövlətinin qoruyucusu olan polisə atəş açıblar.

Onlar Konstitusiyamızın dəyişdirilməsini irəli sürüblər. Bütün bunlar xalqın gözü önündə baş verib. Onların kimliyi hər kəsə yaxşı bəllidir. Biz hesab edirik ki, Azərbaycan hüquq mühafizə orqanlarının noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyat təqdirəlayiqdir. Bu hadisəni törədənlər, qan axıdanalr qanun qarşısında layiqli cəzalarını alacaqlar. Onların qanun qarşısında cəzalandırılmasını istəyirik. 

Bu, yalnız mənim deyil, bütün Bakı kəndlərində yaşayan insanların istəyidir, bütün seçicilərin istəyir. Hər bir Azərbaycan vətandaşının istəyidir”.

Nardaranda məktəb yaşlı uşaqların dövlət, Konstitutsiya əleyhinə fikirlər səsləndirmələrinə millət vəkili kəskin münasiət bildirib: “Onlar 6-8 yaşlı uşaqları da öz tərəflərinə çəkərək dövlət, Konstitutsiya əleyhinə istifadə edirlər. 

Əsas məqsədləri Azərbaycan Konstitutsiyasına dəyişiklik etməkdir. Mən hər bir Azərbaycan vətəndaşına səslənərək, müstəqilliymizə kölgə salmaq istəyən anti-Azərbaycan meyilli qüvvələrdən uzaq durmağı məsləhər görürım. İnsanlarımızı belə qara qüvvələrə qarşı mübariz olmağa səsləyirəm. 

Belə pozucu, ektremist insanlarla bağlı çox ciddi tədbirlər görülməlidir. Taleh Bağırov kimi insanların bizim dövlətimizdə yeri yoxdur. Biz özümüz xalq, millət olaraq buna yol verməməliyik. Ümid edirəm ki, məhkəmədə Taleh Bağırov və onun kimi insanlar layiqli cəzalarını alacaqlar”.

Nardaranda kommunal məslələrlə bağlı ciddi problemlər ortaya çıxdığını vurğulayan millət vəkili bildirib ki, əslində Prezident 2000-ci ilə qədər onların bütün borclarının silinməsini tapşırmışdı. “İndi yaranan borclar 2000-ci ildən bu yana olan borclardır. Sual olunur, onlar niyə borclarını ödəməməlidirlər? Dünyanın heç yerində qaz, işıq, su pulsuz verilmir. Maştağa, Zabrat, Bilgəh, Mərdəkan və digər kəndlərdə yaşayan insanlar buna etiraz olaraq bildirirlər ki, nəyə görə nardaranlılar kommunal borclarını ödəmirlər, onlar isə ödəyirlər.

Mən hesab edirəm ki, onlara heç bir güzəşt olmalı deyil. Güzəşt etdikcə onlar bundan sui-istifadə edirlər”.

E.Quliyev onu da vurğulayıb ki, dekabrın 4-də Milli Məclisdə “Dini ekstremizimə qarşı mübarizə haqqında” Qanun layihəsi müzakirəyə çıxarılacaq. 

“Mən bunu bir az da gecikmiş qanun hesab edirəm. Düşünürəm ki, bu qanunla müəyyən məsələlər tənzimlənəcək. Azərbaycana dövlətinə qarşı olanlar heç cür bağışlanmalı deyil. Azərbaycan xalqının hər bir nümayəndəsi, əsas da ziyalılar bu məslədə öz mövqeylərini bildirməlidirlər. Ekstremistlər layiqli cəzalarını almalıdırlar”. 

“Niyə din pərdəsi altında ekstremist hadisələr məhz Nardaranda ortaya çıxır” sualını Eldar Quliyev bu şəkildə cavalandırıb. 

“SSRİ zamanında, xüsusilə ötən əsrin 60-70-ci illərinə qədər Nardaranda belə hadisələr qeydə alınmamışdı. Çünki o zaman başqa ölklərə gediş-gəliş yox idi. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra sanki bir boşluq əmələ gəldi. Və bundan xarici qüvvələr istifadə etməyə çalışdılar. Nardaran camaatı məndən inciməsin, orda xurafata meyillilk var. Bundan xarici qüvvələrə yaranalnamağa çalışdı. Təssüflə deyim ki, nardaranlılardan alət kimi istifadə edənlər var”. 

E. Quliyev mətbuatda onun deputat ofisinin bağlı olması haqqında yayılan xəbərlərə də aydınlıq gətirib.

“Mənim deputat ofisim bütün il boyu seçilərimin, o cümlədən də Nardaranlıların üzünə açıqdır. Mən hər bazar günü seçicilərimləözüm görüşlər keçirdirəm. Bizim ofisin bağlı, ya açıq olmasını bilmək istəyən şəxs istədiyi vaxt bura gəlsin. Şahidi olacaq ki, deputat ofisim bağlı deyil və buranın qapıları seçicilərimin üzünə hər zaman açıqdır. Bu məsələni qabardanlar təkzib verməsələr onları məhkəməyə verəcəm”.

Hesab edirəm ki, çalışdığı sahədən asılı olmayaraq hər kəs dövlətini, millətini sevməlidir. Ona görə də Nardaran hadisləri zamanı millət vəkili olaraq dəfələrlə çıxışlar etmişəm. Mətbuatdan xalqa, hakimiyyətə müraciət edərək, bu hadisələri törədənlərin cəzalandırılmasını istəmişəm, hakimiyyəti dəstəkləmişəm.

Mən hər zaman seçicilərimlə birlikdə dövlətçiliyimizə qarşı olan qüvvələrin qarşısındayam. Amma görünür ki, bəzi jurnalistlər də həmin ekstremist qüvvələrlə eyni mövqedədirlər. Bir daha qeyd etmək istəyirəm ki, bu kimi xəbərləri yayan jurnalistlər təkzib verməsələr onlarla bağlı ölçü götürəcəm və məhkəməyə verəcəm”. 

Aktual.az

Xəbər 820 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR