"Müsəlman birliyi hərəkatı" adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti verib.
Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov bildirib.
Apellyasiya şikayətinə dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.