Ötən gün “Panatinaikos”la oyundan sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərov futbolçuları soyunub-geyinmə otağında təbrik edib.
Baku.ws-in məlumatına görə, o, qrup mərhələsinə vəsiqə qazanan komandasının üzvlərinə mükafat vəd edib.
“Qəbələ” klubunun üzvləri jurnalist Rasim Əliyevin ölüm işi ilə əlaqədar həbs olunmuş kapitanları Cavid Hüseynovu da yaddan çıxarmayıblar. Hər kəs bir ağızdan “Cavid, Cavid” şüarları səsləndirib.
Tale Heydərovun görüşündən olan görüntünü təqdim edirik: