Türkiyənin böyük şəhərlərinin mərkəzlərinə girişin ödənişli olmasını nəzərdə tutan layihə hazırlanıb.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, bu barədə Ətraf və Şəhərçilik nazirliyindən bildiriblər.
Bu isə o deməkdir ki, İstanbulun mərkəzi meydanlarından olan Taksimə də giriş pullu olacaq.
Layihədə tariflər Türkiyə Böyük Millət Məclisinin qərarı ilə müəyyənləşdirilməlidir.