Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır

Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır

İyulun 1-dən başlayaraq, yeni qaydaların tətbiqi ilə Bakıda fəaliyyət göstərən taksi şirkətləri qiymətləri artırmaqla yanaşı, sürücülər də sui-istifadəyə keçiblər.
Aktual.az xəbər verir ki, taksi sürücülərinin bu sui-istifadəsinə şirkətlərin özləri də rəvac verir. Belə ki, sürücü ünvana yaxınlaşdığı barədə məlumat verəndən sonra qəfil sifarişdən imtina edir və başqa sifarişin ardınca gedir. Səbəbini soruşduqda isə "daha sərfəli” təklif gəldiyi üçün bu addımı atdıqlarını rahatlıqla deyirlər.
Bundan öncə taksi şirkətləri bu cür davranan sürücülər haqda tənbeh və cəza tədbiri görürdü: ya pul cəriməsi edir, ya da növbəti sifarişi onlara yönləndirmirdilər. Hazırda isə yeni qaydalarla taksi kimi fəaliyyət göstərmək üçün lazım olan sənədlərin və rüsumların, o cümlədən şərtlərin çoxluğundan qeydiyyatdan keçənlər azalıb, nəticədə yaranan taksi qıtlığı şirklətləri sürücüləri cəzalandırmaqdan çəkindirir. Çünki "cəzalanan” sürücü başqa şirkətə üz tutur.
Qiymətlər qalxsa da, taksi xidmətində heç bir yaxşılaşma yoxdur: yenə şirkli maşınlar, sürücülərin qanunsuzluqları baş alıb gedir. Bura sürücülərin daha da kobud olması da əlavə olunub – çünki artıq tələbat çoxdur, onlar isə "əvəzolunmaza” çevrilirlər.
Vaxtaşırı olaraq "Bolt” şirkətindən sifarişlə gələn sürücülər kondisioneri qoşmaqdan imtina edir və kondisioner üçün əlavə ödəniş tələb edir. Baxmayaraq ki, bütün taksilərdə kondisionerlərin qoşulması əsas tələbdir.
HəmçininŞ məsələn, 8-8,5 manatlıq yol üçün 10 manat verəndə, pulun qalığını qaytarmaqdan imtina halları da artıb. Sürücülər az qala dava salaraq, qalığı qaytarmırlar.
Daha bir qanunsuzluq haqda tanınmış jurnalist Aida Eyvazlı yazıb. O bildirib ki, "Bolt” taksi xidmətinin 4,76 manat yazdığı ünvana 10 manat verdikdə, sürücü 4,5 manat qaytarıb. Səbəbini isə məhz "bu qədər” yazması ilə izah edib. Halbuki sərnişinin telefon tətbiqində qiymət elə 4,76 manat olub.
Bu istiqamətdə şikayətlər artsa da, taksi tələbləri ilə yeni "məzənnə və dövr” yaradan nazirlik heç bir tədbir görmür.
Bakıda ən əlçatan, əlverişli və ucuz taksi dövrü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi xidməti sayəsində bitdi. Əvəzində keyfiyyətdə heç bir dəyişiklik olmadan bahalı, sui-istifadənin artdığı bir sistem yarandı.
Xəbər 191 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR