Taksilər avtobus zolağından istifadə edə bilər?

Taksilər avtobus zolağından istifadə edə bilər?

Taksilər avtobus zolağından istifadə edərsə, bu, taksi sayının artmasına gətirib çıxaracaq.
Aktual.az xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O qeyd edib ki, qurum bunu indiki mərhələdə istəmir.
"Digər tərəfdən, taksinin zolaqdan istifadəsi ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Beş ay bundan əvvəl, ümumiyyətlə, bu haqda söhbət gedə bilmirdisə, "Toyota Prius" markalı taksi xidməti göstərən avtomobillərin zolaqlara daxil olmasından sonra bu suallar səslənməyə başlayır.
İstərdik ki, 3 nəfər ayrıca avtomobilə oturub gəlməsin. Bu da mərkəzə daxil olan maşınların sayını azaldacaq”, - deyə sədr qeyd edib.
Xəbər 162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR