Bəzi taksi sürücüləri avtomobili qadağan edilən ərazilərdə saxlayır.
Ancaq yaxın gələcəkdə Bakıda bu mənzərələrə son qoyulacaq.
Aktual.az xezerxeber.com-a istinadən bildirir ki, taksi fəaliyyəti Bakının Vahid Nəqliyyat Konsepsiyası ilə tənzimlənəcək.
Konsepsiyaya əsasən taksilər sadəcə onlar üçün nəzərdə tutulan xüsusi dayanacaqlarda dayanacaqlar.
Yeni konsepsiyada təhlükəsizlik məsələsi də öz əksini tapıb. Bütün taksilərə kameralar quraşdırılacaq.