Akademik Milli Dram Teatrının tanınmış aktyoru, Əməkdar artist Ayşad Məmmədov taksi sürücüsü işləməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
Aktual.az xəbər verir ki, aktyor AzNews.az-a açıqlamasında məlumatın yalan olduğunu deyib: “Mən teatrda hər hansı bir rolu təhvil verən zaman heç bir jurnalist mənə zəng edib soruşmur ki, filan rolu necə oynadın. Taksi sürücüsü işləyirəm xəbərinə görə ölkə mətbuatının zənginin ardı-arası kəsilmir. Taksi sürücüsü kimi məşhur oldum. Deməli mətbuata teatr maraqlı deyil. Bir də ki, taksi sürücüsü işləmək ayıbdır məgər? Taki sürücüsünün məndən nəyi əksikdir? Taksi sürücüsü işləmək şərəfsizlikdir? Mən taksi sürücüsü deyiləm. Məni belə tədqim edən şəxs görünür məni tanımır”.
A.Məmmədov bu məlumatın xəbərsizlikdən yayıldığını deyib: “Mənim yaşayış imkanım əladır. Prezident mükafatı alıram, məvacibim də əladır”.
Qeyd edək ki, yayılan xəbərlərdə A.Məmmədovun taksi xidmətlərindən birində fəaliyyətə başladığı bildirilir.