İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Fərmanına və "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli qanuna əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.
Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən "Fərqlənmə nişanı" almalıdırlar.