Tağı Əhmədov Etibar Hüseynovun dairəsindən deputat olmaq istəyir – ÖZƏL

Tağı Əhmədov Etibar Hüseynovun dairəsindən deputat olmaq istəyir  – ÖZƏL

Bir müddət öncə “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad olunan və ardınca Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri seçilən Tağı Əhmədov deputat olmaq iddiasındadır.

Bununla bağlı özəl informasiya Aktual.az-a keçmiş “metropoliten şefi”nə yaxın mənbələrdən daxil olub.

Mənbənin sözlərinə görə, T.Əhmədov gücünü Yasamal rayonundakı dairələrdən birində sınayacaq:

“Çox güman ki, Yeni Azərbaycan Partiyasının siyahısında Tağı Əhmədovun adı yer alacaq. Sabiq “metro şefi” artıq bununla bağlı istəyini də hakim partiya rəhbərliyinə çatdırıb. Onun hansı dairədən namizəd olacağı qətiləşməsə də, güman ki, hazırki deputat Etibar Hüseynova rəqib olacaq. Yəni 15 saylı Yasamal seçki dairəsindən namizəd olacaq”.

Aktual.az məsələyə Tağı Əhmədovun özündən münasibət öyrənmək istəsə də, ona etdiyimiz telefon zənglərinə cavab verməyib.

Adnan//Aktual.az

Xəbər 4984 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR