Tahir Rzayev: Məqsədləri insan hüquqlarının qorunması deyil

Tahir Rzayev:   Məqsədləri insan hüquqlarının qorunması deyil

“Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması barədə qərarı bir daha göstərir ki, onların məqsədi insan hüquqlarının qorunması deyil”. Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O, qeyd edib ki, əgər onların məqsədi doğrudan da insan hüquqlarının qorunması olsaydı, Azərbaycanda Ermənistan tərəfindən haqqı tapdalanan bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına münasibət bildirərdilər: “Ancaq onlar bunu dilə gətirmirlər. Azərbaycana xəyanət edən, Azərbaycanın mənafeyini satan adamları dəstəkləyirlər, kim ki, onlarla saxta yolla əməkdaşlıq edir, onların təsiri altına düşür, onlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Beləliklə, əslində onlar özləri beynəlxalq hüququ pozurlar”.

T.Rzayev vurğulayıb ki, Avropa Şurasında erməni lobbisinin təsirində olan qüvvələr var, digər tərəfdən, Azərbaycanı istəməyən, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var: “Onlar istəyirlər ki, Azərbaycana öz dediklərini etdirsinlər, ancaq görəndə ki, bu, mümkün deyil, Azərbaycan bunu qəbul etmir, bu cür çirkin yollara əl atırlar. Ermənistanda uzun müddətdir mitinqlər keçirilir, yüzlərlə insan tutulub, saxlanılıb, ancaq buna göz yumurlar”.

O bildirib ki, Azərbaycana qarşı ikili standartlara baxmayaraq, Azərbaycan həmişə əməkdaşlığa hazır olduğunu bildirib: “Ancaq onlar belə hərəkətləri ilə bu əməkdaşlığa zərbə vururlar, ancaq öz bildiklərini edirlər”.

Millət vəkili əlavə edib ki, bu qərarın qəbul edilməsinin səbəblərindən biri də qarşıdan gələn parlament seçkiləridir: “Azərbaycanda seçkilər və digər mühüm tədbirlər ərəfəsində onlar ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırlar. Seçkilər hələ keçirilməyib, ancaq indidən seçkilərin saxta keçirilməsi barədə məlumat yayırlar, digər ölkələri Azərbaycanda seçkiləri müşahidə etməməyə çağırırlar. Bütün bunlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.\trend

Aktual.az

Xəbər 653 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR