Əməkdar artist Tahir İmanovun adından dələduzluq edilib.
Aktual.az "Yeni Sabah”a istinadən xəbər verir ki, aktyor "TikTok” platformasında bir qadın onun adından istifadə edərək pul yığdığını bildirib:
"Qohumlarımdan xəbər aldım ki, bir qadın "TikTok” da mənim adımdan xəstə üçün pul yığır. Bildirmək istəyirəm ki, bu, yalandır, dələduzluqdur. Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayasınız. Hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, bu məsələ həllini tapsın”.
Xəbər 57 dəfə oxunub.