Taekvondo yarışları başa çatır I Avropa Oyunlarında

Taekvondo yarışları başa çatır  I Avropa Oyunlarında

Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq.

Apasport.az saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunur.
 

+80 kq çəki dərəcəsində yığmamızın lideri Radik İsayev ilkin mərhələdən azad olduğundan 1/4 finalda Jeron Vanruij (Hollandiya) – Ali Sarı (Türkiyə) cütlüyünün qalibi ilə qarşılaşacaq.

+67 kq çəki dərəcəsində 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşacaq. O, ilkin mərhələdə 27 yaşlı ukraynalı Marina Koniyeva ilə üz-üzə gələcək.

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Aktual.az

Xəbər 873 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR