Taekvandoçumuz Almaniyada gümüş medal qazandı

Taekvandoçumuz Almaniyada gümüş medal qazandı

Avropa Taekvondo Birliyinin Almaniyanın Bonn şəhərində təşkil etdiyi "World Taekwondo Presidents Cup" beynəlxalq turnirinə start verilib.

Aktual.az  goal.az-a istinadən xəbər verir ki, G2 kateqoriyalı yarışda böyüklərdən ibarət yığma komandamız da iştirak edir.

Yarışın ilk günü millimizin üzvü Məhəmməd Məmmədov uğurlu çıxış edərək gümüş medala layiq görülüb. Belə ki, ispan rəqibi David Losada Eskuer, Fransa təmsilçisi Dylan Çellamutunu və rus idmançı Bolat İzutdinovu məğlub edən Məhəmməd, italyan Andrea Canoya şans verməyərək yarımfinala vəsiqəni təmin edib. Xorvatiyalı taekvondoçu Deni Andrun Raziclə finala vəsiqə uğrunda döyüşdən üzüağ çıxan millinin üzvü həlledici görüşü də xorvat təmsilçisinə qarşı keçirməli olub. Lakin Lovre Brecic keçilməz olub.

Beləliklə -63 kq çəki dərəcəsində mübarizəyə qatılan həmyerlimiz yarışı gümüş medalla başa vurub. Bu isə, komandamıza may ayında İsveçrənin Montro şəhərində keçiriləcək Avropa çempionatında eyni çəki dərəcəsində (-63 kq) Məhəmməd Məmmədovdan başqa daha 1 taekvondoçumuzun iştirak edə bilməsi deməkdir.

Qeyd edək ki, yarışın mükafatçıları, Avropa çempionatında milli komandalara eyni çəkidə əlavə lisenziya qazandırır.

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR