Tacikistan Xarici İşlər Nazirliyi Moskva vilayətinin Odintsovo şəhərində 10 yaşlı Qabilcan (Kobiljon) Əliyevin qətli ilə bağlı Rusiya səfiri Semyon Qriqoryevi çağırıb.
Aktual.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ona Rusiya tərəfinin bu faciəli hadisə ilə bağlı dərhal, obyektiv və qərəzsiz araşdırma aparması və bütün iştirakçıları qanunun bütün sərtliyi ilə məsuliyyətə cəlb etməsi tələb olunan nota verilib.
Qeyd edək ki, ötən gün sözügedən şəhərdə Timofey adlı məktəbli ətrafdakılara bıçaqla hücum edib. Nəticədə milliyətcə tacik olan 10 yaşlı məktəbli həlak olub, bir neçə nəfər yaralanıb.
Xəbər 71 dəfə oxunub.