Tacikistan prezidenti "millət lideri" oldu

Tacikistan prezidenti
  • DÜNYA

Tacikistan prezidenti Emoməli Rəhmon "Millət lideri" (Peşvoyi millat) adına layiq bilinib.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, prezident "Sülh və milli vəhdətin banisi - Millət lideri haqqında" ("Dar borai Asosquzori sulxu Vaxdati milli- Peşvoi millat") qanunu imzalayıb.
Qanunu Tacikistan parlamenti yekdilliklə təsdiqləyib.

"Xovar" agentliyi bildirir ki, qanunda deyilir: "Bu ad Tacikistan Respublikasında konstitusion quruluşun, milli müstəqilliyin və vətənin ərazi bütövlüyünün möhkəmləndirilməsi, stabilliyin artırılması və demokratiyanın gücləndirilməsi məqsədilə təsis olunub".

"Millət lideri" xüsusi hüquqi statusa və immunitetə malikdir. Onun şəninə muzeylər, arxivlər və kitabxanalar yaradılacaq.

"Tacikistanın hakimiyyət dairələri bu qərarı qəbul edərkən ABŞ, Avropa ölkələri və Qazaxıstanın təcrübəsindən yararlanıblar", - mətbuat xidmətinin açıqlamasında deyilir.

Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR