Tacikistan Prezidenti İmaməli Rəhman iki həftədir naməlum xəstəlik səbəbi ilə Çində müalicə alır. Məlumat təsdiqlənsə, bu, səhhəti pisləşən Tacikistan liderinin müalicə üçün Rusiya və ya Qərb ölkəsi əvəzinə birbaşa Çini seçdiyi ilk hal olacaq.
Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Eurasia.net məlumat yayıb.
Mənbə bildirib ki, bu, Çinin Mərkəzi Asiya ölkələrində artan təsirinin növbəti göstəricisidir:
"Tacikistan prezidentinin rəsmi saytında yanvarın 28-də yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə çəkilmiş foto yerləşdirilib. Sonrakı 17 gün ərzində saytda yalnız 4 qısa xəbər yayımlanıb və heç birində video və ya foto yoxdur.
Yalnız fevralın 14-də Asiya İnfrastruktur İnvestisiya Bankının rəhbəri ilə əl sıxdığı foto paylaşılıb. Fevralın 16-da isə Rəhman Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ilə Düşənbədə görüşüb.
"Radio Ozodlık” isə yazır ki, İ.Rəhman tibbi yardım almaq və günəş vannası qəbul etmək üçün Çinin Haynan adasındadır.
73 yaşlı prezidentin uzun illərdir yüksək qan təzyiqi və ürək çatışmazlığından əziyyət çəkdiyi də iddialar arasındadır.
Xəbər 40 dəfə oxunub.