Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti həll etməyin yeganə yolu danışıqlardır.
Aktual.az xəbər verir ki, bunu Tacikistanın Baş naziri Koxir Rasulzoda bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan sərhədində məsələni diplomatik yolla həll etmək lazımdır:
"Azərbaycanla Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq. İndi vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq, problemi mümkün qədər tez siyasi və diplomatik kanalla həll etmək lazımdır”.
Xəbər 223 dəfə oxunub.