`Sözümün üstündə durdum` Çempiondan açıqlama

`Sözümün üstündə durdum`  Çempiondan açıqlama

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani çempionluq sevincini bölüşüb. Bakı-2015 Avropa Oyunlarında 80 kq çəki dərəcəsində rəqib tanımayan 24 yaşlı idmançı apasport.az saytına açıqlamasında fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün özünü xoşbəxt saydığını bildirib. 

O bildirib ki, yarışdan öncə verdiyi sözü yerinə yetirib: “Hələ yarışdan öncə sizləri sevindirəcəyimə söz vermişdim. Sözümün üstündə dayandım və qızıl medalı qazandım. Hamınıza təşəkkür edirəm”.

Qeyd edək ki, Harçeqani finalda rusiyalı Albert Quanla qarşılaşıb rəqibinə 9:4 hesabı ilə məğlub edib. (Apa)

Aktual.az

Xəbər 860 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR