Söyüş üstündə tanışın öldürən Bakı sakini 10 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ümid Məmmədovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il avqustun 14-də Nəsimi rayonu ərazisində, Moskva prospektində üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə 20-25 yaşlı kişi meyiti tapılıb. Araşdırma aparan Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları öldürülən şəxsin
Bakı şəhər sakini Vidadi Məmmədov olması müəyyən edilib.
Məlum olub ki, hadisə günü Vidadi Məmmədovla tanışı Ümid Məmmədov arasında şəxsi münasibətləri ayıdnlaşdırılması zəmnində münaqişə baş verib və nəticədə qarşılıqlı söyüşlərdən sonra onlar bir-birinə bıçaqla xəsarətlər yetiriblər. Yaralanan Ümid Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib. Sağalandan sonra təqsirləndirilən şəxs istintaq təcridxanasına köçürülüb.
Məhkəmənin hökmü ilə Ülvi Məmmədov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Aktual.Az
Xəbər 1777 dəfə oxunub.