Söyüş söyən tanışını öldürən keçmiş "zek"ə qəti cəza təyin olunub - (EKSKLÜZİV FOTO)

Söyüş söyən tanışını öldürən keçmiş

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Nəsrulla Zaqidulinin CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, 2014-cü il dekabrın 24-də Kliniki Tibbi Mərkəzə Səbail rayonundan huşsuz vəziyyətdə Bakı şəhər sakini İqor Samoylenko gətirilib və 3 gündən sonra orada ölüb. Həmin gün mərhumun anası Maya Batolova Səbail RPİ 8-ci polis bölməsinə müraciət edərək, oğlunun naməlum şəxs tərəfindən döyüldüyü barədə ərizə yazıb. 

Təyin olunan məhkəmə-tibbi ekspertizanın rəyinə görə, İ.Samoylenkonun bədən səthində çoxsaylı qançır və sıyrıqlar aşkar edilib. Dakebrın 28-də Nəsrulla Zaqidulin saxlanılıb və dindirilmə vaxtı tanışı İqor Samoylenkoya xəsarətlər yetirdiyini etiraf edib. Məlum olub ki, tutulan şəxs əvvəllər məhkum olunub və ümumilikdə həbsxanalarda 24 il keçirib.

İstintaqla müəyyən edilib ki, ayın 24-də Nəsrullah Zaqidulin və İqor Samoylenko yeyib-içəndən sonra, aralarında mübahisə yaranıb. Bərk sərxoş olan İqor Nəsrullahı təhqir edib, həmçinin binanın qarşısından keçən qadınları söyüb. Buna görə Zaqidulin Samoylenkodan söyüş söyməməyi tələb edib, sonra isə İqoru döyüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirlnədirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum olunub. 
Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.





Xəbər 1404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR