Şvartsenegger-i belə "dəfn etdilər"

Şvartsenegger-i belə
  • DÜNYA

Amerika kütləvi informasiya vasitələrində Arnold Şvartseneggerin ölümü ilə bağlı xəbər yayılıb.

Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, "International Business Times" xakerlərin MSNBC.com saytını dağıtdıqları barədə və onun istifadəçilərini saxta bir sayta yönləndirdikləri barədə məlumat verir.

Saxta xəbərdə qeyd olunur ki, 68 yaşlı Amerikalı aktyor və siyasətçi xilasetmə xidmətinə anonim zəngindən sonra evdə ölü tapılıb. Həmçinin qeyd olunurdu ki, Şvartseneggerin ölümünü onun ailə üzvlərindən biri təsdiq edib.

Şvartseneggeri isə, onun "ölümü" barədə məlumat yayıldıqdan sonra italyan restoranında " Qarşısıalınmazlar" filminin rejissoru Robert Erl ilə bir yerdə görüblər.

Aktyorun yaxın dostu Kalum fon Mogerdə ölüm barədə xəbəri təkzib edib.

Xəbər 736 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR