"Şvabe sifarişlə danışır, erməni lobbisinin kisəsindən qidalanır. O, ədalət hissini itirmiş biridir və Azərbaycan haqda söylədikləri də cəfəngiyyatdan savayı bir şey deyil.
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"
Diqqət edin, bu adam son 1 ildə öz ölkəsi Almaniya haqda bircə cümlə belə fikir söyləməyib. Halbuki, guya nümayəndə heyətinin rəhbəridir. Amma Azərbaycan barədə dil-dil ötür, 24 saat Azərbaycanın qarasınca danışır, az qala bütün həyatını Azərbaycan haqda iftiralar söyləməyə həsr edib. Sizcə niyə? Çünki, bir daha təkrar edirəm: sifariş yerinə yetirir. Çünki riyakarlığı, namərdliyi, yaramazlığı özü üçün fəaliyyət prioriteti seçib. Çünki Avropa dəyərlərindən zərrə qədər məlumatlı deyil. Çünki sərsəmləməkdən, zəvzəkləməkdən zövq alır.”- deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 485 dəfə oxunub.