Suyunu kəsən qonşusunu öldürən şəxs məhkəmə qarşısında - ( EKSKLÜZİV FOTO)

Suyunu kəsən qonşusunu öldürən şəxs məhkəmə qarşısında - ( EKSKLÜZİV FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini Fərman Eminovun (1982-ci il təv.) CM-nin 120.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Aktual.az xəbər verir ki, ötən il iyulun 28-də Sabunçu qəsəbəsi Natavan küçəsi 16 ünvanında qətl baş verib. Aralarında məişət zəmnində yaranmış mübahisə zamanı Fərman Eminov qonşusu Elməddin Əmənovu (1980-ci il təv.) bıçaqlayaraq, ağır yaralayıb. Zərərçəkən 3 saylı kliniki xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Daxil olan məlumatla əlaqədar hadisə yeri ekspertlərin iştirakı ilə Sabunçu RPİ və prokurorluq əməkdaşları tərəfindən müayinə olunub. Şübhəli şəxsi 12-ci polis bölməsinin əməkdaşları saxlayıblar. 

İstintaqla müəyyən edilib ki, qonşular arasında narazılıq suya görə yaranıb. Belə ki, Elməddin Əmənov qonşuluqda yaşayan Fərman Eminovun həyətinə gedən su borusunu kəsib. Öz növbəsində suyun kəsildiyini görən sonuncu bundan hiddətlənərək, qonşusunu küçəyə çağırıb. Eminov Əmənova iradını bildirib, onun icazəsi olmadan nə səbəbdən suyu kəsdiyini soruşub. Nəticədə başlanan dava nəticəsində Fərman məişət təyinatlı bıçaqla Elməddini qəsdən həyatdan məhrum edib. Məlum olub ki, təqsirləndirilən şəxs 3, mərhum isə 2 uşaq atası olub. 

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib. 

Məhkəmə baxışı fevralın 17-ə təyin edilib. 




Xəbər 1070 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR