Suyunu kəsən qonşusunu öldürən Sabunçu sakini 10 il müddətinə cəzalandırılıb -( EKSKLÜZİV FOTO)

Suyunu kəsən qonşusunu öldürən Sabunçu sakini 10 il müddətinə cəzalandırılıb -( EKSKLÜZİV FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini Fərman Eminovun (1982-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il iyulun 28-də Sabunçu qəsəbəsi Natavan küçəsi 16 ünvanında qətl baş verib. Aralarında məişət zəmnində yaranmış mübahisə zamanı Fərman Eminov qonşusu Elməddin Əmənovu (1980-ci il təv.) bıçaqlayaraq, ağır yaralayıb. Zərərçəkən 3 saylı kliniki xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Daxil olan məlumatla əlaqədar hadisə yeri ekspertlərin iştirakı ilə Sabunçu RPİ və prokurorluq əməkdaşları tərəfindən müayinə olunub. Şübhəli şəxsi 12-ci polis bölməsinin əməkdaşları saxlayıblar. 

İstintaqla müəyyən edilib ki, qonşular arasında narazılıq suya görə yaranıb. Belə ki, Elməddin Əmənov qonşuluqda yaşayan Fərman Eminovun həyətinə gedən su borusunu kəsib. Öz növbəsində suyun kəsildiyini görən sonuncu bundan hiddətlənərək, qonşusunu küçəyə çağırıb. Eminov Əmənova iradını bildirib, onun icazəsi olmadan nə səbəbdən suyu kəsdiyini soruşub. Nəticədə başlanan dava nəticəsində Fərman məişət təyinatlı bıçaqla Elməddini qəsdən həyatdan məhrum edib. Məlum olub ki, təqsirləndirilən şəxs 3, mərhum isə 2 uşaq atası olub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.




Xəbər 575 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR