Sutka ərzində 16 PKK terrorçusu məhv edildi

Sutka ərzində 16 PKK terrorçusu məhv edildi
  • DÜNYA

Türkiyənin cənub-şərqində ötən sutka ərzində PKK terror qruplaşmasının 16 silahlısı məhv edilib.


Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

"Cizrədə 9, Curada 7 PKK terrorçusu məhv edilib. Ümumilikdə, antiterror əməliyyatı başlayandan bu vaxtadək Cizrədə 483, Surada isə 144 terrorçu məhv edilib", - deyə məlumatda bildirilir.

Məlumatda, həmçinin, bildirilir ki, qeyd olunan iki rayonda 44 partlayıcı qurğunun zərərsizləşdirilib, xeyli sayda silah-sursat müsadirə edilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edir ki, dekabrın ortalarından bu vaxtadək, ümumilikdə 720-dək PKK terrorçusu məhv edilib.

Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR