Şuşa, Kəlbəcər və Laçınla bağlı RƏSMİ AÇIQLAMA

Şuşa, Kəlbəcər və Laçınla bağlı RƏSMİ AÇIQLAMA

Yanvarın 8-i və 9-u Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Aktual.az-a verilən məlumata görə, qeyd olunan rayonlarda yanvarın 8-də arabir qar yağacağı və duman olacağı gözlənilir.
 
Bildirilib ki, zəif şərq küləyi əsəcək və havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq.

Yanvarın 9-da isə Şuşa, Kəlbəcər və Laçında arabir qar yağacağı və duman olacağı gözlənilir.
 
Qeyd edilib ki, zəif şərq küləyi əsəcək və havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq.




Xəbər 187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR