“Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir” AÇIQLAMA

“Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir” AÇIQLAMA

"Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir. Eyni zamanda, bu Bəyannamə Türkiyə və Azərbaycanın qardaşlıq rəmzidir, Ulu Öndər Heydər Əliyevin söylədiyi: "Bir millət, iki dövlət" şüarının, böyük Atatürkün ifadə etdiyi: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" - kəlməsinin bariz nümunəsi və tərənnümüdür, iki qardaş ölkənin imkanlarının birləşdirilməsidir, hər gün, hər saat daha da artan yaxınlaşmanın kulminasiyasıdır”. Bunu "Səs” qəzetinə açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsində qardaş Türkiyə dövləti bizlərə çox böyük mənəvi və siyasi dəstək verdi, hər zaman yanımızda oldu, Qarabağın işğaldan azad edilməsini bizim qədər istədi: "Bu gün yenə bərabərik, yenə bərabər addımlayırıq, yenə dünyaya, regiona mesajlarımızı bərabər veririk. Şuşa Bəyannaməsi həm də Qars müqaviləsinin 100 illiyində imzalandı. Bu da simvolik bir məqamdır və eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan və Türkiyə tarixin bütün mərhələlərində bir yerdə olublar və bu gün də həmin ənənə davam edir. Dünən həm də Qurtuluş günü idi, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdış günü idi. Biz zatən bütün uğurları, Azərbaycanın son illərdəki inkişafını məhz Qurtuluş gününə borcluyuq. Həmin gün olmasaydı, Ümummilli Lider Heydər Əliyev qayıtmasaydı bugünkü uğurlarımız da olmazdı. Amma o qayıtdı və Azərbaycanı xoş gələcəyə doğru apardı. Bu gün Ulu Öndər Heydər Əliyevin təməl qoyduğu siyasət davam edir və bütün qələbələrimiz də həmin doğru siyasətin nəticəsidir. Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Şuşa Bəyannaməsinin olduqca böyük tarixi və siyasi əhəmiyyəti var. Eyni zamanda, hesab edirəm ki, Türkiyə və Azərbaycan arasındakı xoş münasibətlər bundan sonra da eyni dinamika üzərindən davam edəcək və qardaşlığımız əbədi olacaq”.
Xəbər 762 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR