"Sürüşmə baş verən yolların əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib"


"Azərbaycanda sürüşmələrin baş verdiyi avtomobil yollarının əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib".

Aktual.az  bildirir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

N.Paşayev bildirib ki, Quba-Xaçmaz, Şamaxı-İsmayıllıda (Dağlıq Şirvan) avtomobil yollarının hamısının çəkilişində böyük səhvlərə yol verilib: "Bütün sürüşmələrin çoxu avtomobil yollarının kənarında baş verir. Çünki yolların çoxu meşə sahələrindən, sürüşməyə meyilli ərazilərdən salınıb. Heç birində də istinad divarı yoxdur. Bu isə ərazilərdə sürüşmələri daha da gücləndirib. Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Quba-Xınalıq, Quba-Qəçrəş yolunda, Ağsu aşırımında davamlı olaraq sürüşmə gedir. Ağsu aşırımının kənarında tullantı sularının axıdılması nəticəsində orada süxurlar daim yaş olur. Yağıntılar isə bunu daha da artırır. Digər tərəfdən, Ağsu aşırımına ağırtonnajlı maşınların buraxılmasına icazə yoxdur. Amma həmin yola bu tip avtomobillər buraxılır. Buna görə də Ağsu aşırımı mütəmadi sürüşməyə məruz qalır".
 

Aktual.az 

Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR