Sürüşmə baş verə biləcək ən təhlükəli ərazilərin - SİYAHISI

Sürüşmə baş verə biləcək ən təhlükəli ərazilərin   - SİYAHISI

“Bakı şəhəri və onun ətraflarında aparılmış geoloji işlərə uyğun olaraq qeyd etmək olar ki, intensiv külək korroziyası, güclü leysan yağışları nəticəsində yamaclarda süxurlar güclü denudasiya prosesinə məruz qalır və oradakı obyektlər, yaşayış məntəqələri təhlükə qarşısında qalır. Bunları daha çox “irəliləyən yamaclar” adlandırırlar”.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. O bildirib ki, sürüşmə ehtimalı olan ərazilər Bayıl yamacı, Bayıl dərəsi və onun qərb yamacı, “Qurd qapısı” - Badamdar dağı tilinin qərb yamacı, Badamdar qəsəbəsinin cənub-şərq yamacı, Badamdar dağı -Şıxov sinklinalının şərq yamacı, Yasamal yaylasının cənub-şərq yamacı, Xocasən vadisinin cənub-şərq yamacı, Bakıxanov dağının şərq və cənub-şərq yamacları, Bülbülə gölünün qərb və şərq yamacları, Əhmədli yaylasının şimal-şərq, şərq, cənub-şərq yamacları, Zığ vadisinin qərb yamacı, Qardaşoğlu dağının şərq və qərb yamaclarındadır.

Baş geoloq əlavə edib ki, təkrar sürüşmə baş vermə baxımından ən təhlükəli Bayıl yamacı, Zığ vadisinin qərb yamacı, Bülbülə gölünün qərb və şərq yamaclarını hesab etmək olar: “Yamaclarda profilaktik tədbirlər görülməsinə baxmayaraq, həmin sürüşmə sahələrində təhlükəlilik dərəcəsi qalmaqdadır”.

Ə. Piriyev qeyd edib ki, təkrar sürüşmələr nəticəsində yamacların təbii strukturu pozulduğundan, sürüşmə kütləsi öz kökündən qopduğundan və dayanıqlığını itirdiyindən istənilən kənar müdaxilənin təsirindən sürüşmə prosesinin hər an təkrarlanmasına şərait yarana bilər.

Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR