Sürücülük hüququ olmayan şəxs 42 yaşlı kişini vurub öldürdü

Sürücülük hüququ olmayan şəxs 42 yaşlı kişini vurub öldürdü

Cəlilabadda 42 yaşlı kişini maşın vurub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Səhrədabad kəndi ərazisində baş verib.
Kənd sakini Hüseynov Eldəniz Əlirza oğlu sürücülük hüququ olmadan Ağstafa rayon sakini Mehdiyev Eldəniz Zirəddin oğluna məxsus "QAZ 31-10" markalı avtomobillə Səhrədabad-Ləkik avtomobil yolu ilə hərəkətdə olarkən yolu keçən, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1977-ci il təvəllüdlü Abbasov Qafur Vahid oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR