Sürücülərin nəzərinə: gizli xidmət işə başladı

Sürücülərin nəzərinə:  gizli xidmət işə başladı

Artıq Azərbaycanda da yol polisində gizli xidmətin tətbiqinə başlanılıb.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi sürücülərə xəbərdarlıq edərək bildirib ki, artıq bu həftədən etibarən Bakıda küçə və prospektlərdə gizli yol patrulları xidmətə başlayıb: "Gizli patrullar xüsusi rəng qrafikası və üzərində fərqləndirici yazısı olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə xidmət aparırlar. Ona görə də sürücülər avtomobillə hərəkətdə olarkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər".

Qeyd edək ki, K.Əliyev ötən həftə bildirmişdi ki, artıq Azərbaycanda qarışıq və gizli yol patrul xidmətinin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda əlavə nəqliyyat vasitələri gətiriləcək.

Şöbə rəisi qeyd etmişdi ki, "Yol-Patrul Xidməti haqqında Təlimat"ın 3-cü (Yol-patrul xidmətinin aparılması) maddəsinə əsasən, yol-patrul xidməti gizli formada aparılarkən xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər radiocihazlarla təchiz olunur və onlar hər hansı qayda pozuntusu, avtoxuliqanlıq və ya yolda kiminsə hərəkətə maneçilk törətdiyini aşkar etdikdə, digər patrul avtomobillərinə xəbər verir və qaydanı pozan sürücü YPX avtmobilləri və ya qarşıdakı stasionar postda saxlanılıb barələrində müvafiq tədbir görülür.

Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR