Sürücülərin nəzərinə: Azneft dairəsində hərəkət məhdudlaşdırılıb

Sürücülərin nəzərinə: Azneft dairəsində hərəkət məhdudlaşdırılıb

Azərbaycanda "Formula 1” yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar şəhər sakinlərinə müraciət edib.

Aktual.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, bu gün gecə saatlarına qədər Azneft dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq.

Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
 
Aktual.az
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR