Sabahdan bu sürücülər cərimələnəcək
Sabahdan Bakının bəzi yollarında - xüsusi hərəkət zolaqlarında hərəkət edən maşınların sürücüləri cərimələnəcək.Aktual.az-ın xəbərinə görə, may ayında paytaxtımızda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.
IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.
5-25 may tarixlərində nəqliyyat vasitələrinin rayonlardan Bakı şəhərinə daxil olması ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqinə də nəzarət gücləndiriləcək.
Aktual.az
Xəbər 208 dəfə oxunub.