Suriyanın yeni Konstitusiyası altı ay ərzində hazırlanacaq

Suriyanın yeni Konstitusiyası altı ay ərzində hazırlanacaq
  • DÜNYA

Suriya üçün yeni konstitusiya altı ay ərzində hazırlanacaq.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazır.
"Konstitusiya ilk 6 ay ərzində hazırlanacaq. Daha sonra bu konstitusiya referenduma çıxarılacaq. Bu müddət ərzində əhalinin siyahıyaalınması aparılacaq, seçici siyahıları yeniləcək”, - məlumatda qeyd edilib.
Bildirilib ki, konstitusiyaya uyğun olaraq yeni siyasi partiyalar yaradılacaq. Bundan sonra seçkilər BMT-nin nəzarəti altında keçiriləcək. İdarə seçkidə uğur qazanan partiyaya keçəcək.

Xəbər 189 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR