Suriyadakı eskalasiyada açıq şəkildə Ukrayna izi var, Rusiya bu hücumu qətiyyətlə pisləyir.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən tanınan terrorçuların ön sıralarda yer aldığı bu hücumu qətiyyətlə pisləyirik. Qeyd edək ki, əcnəbi döyüşçülər, o cümlədən postsovet məkanından gələnlər arasında açıq-aşkar Ukrayna izi var idi”, - o bildirib.
Diplomat qeyd edib ki, Kiyevin xüsusi xidmət orqanlarının terrorçularla qarşılıqlı əlaqəsi barədə məlumatlar daxil olur:
"Kiyev onlara dronlar ötürür və bu tip silahlardan istifadə təcrübəsini bölüşür. Bu, Kiyev rejiminin cinayətkarlıq təcrübəsini tətbiq edəcəyi ilk və sonuncu region deyil. Bundan əvvəl Afrika ölkələri var idi, indi Suriyadan danışırıq. Şübhə yoxdur ki, Suriyada silahlı qarşıdurmanın yeni mərhələsini təhrik etmək istəyən xarici qüvvələrin təhriki və hərtərəfli dəstəyi olmasaydı, onlar belə cəsarətli hərəkətə qərar verməzdilər”.
Qeyd edək ki, Suriyada bir neçə ildir davam edən nisbi sakitlik başa çatıb, üsyançılar Hələb və İdlibi ələ keçirib, Həmaya hücum edib və rejim qüvvələri ilə şiddətli döyüşlər gedir.
Xəbər 72 dəfə oxunub.