Suriyada terrorçuluğu Türkiyə vətəndaşı maliyyələşdirir?

Suriyada terrorçuluğu Türkiyə vətəndaşı maliyyələşdirir?
  • DÜNYA

Almaniya Baş Prokurorluğu iki Türkiyə vətəndaşı – 41 yaşlı D. İzmet və 44 yaşlı F. Emin barəsində “Yunud Əl-Şam” (“Suriyanın döyüşçüləri”) terror qruplaşmasını maliyyələşdirməkdə ittiham irəli sürüb.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Baş Prokurorluğunun məlumatında bildirilir.

Məlumata görə, 2015-ci ilin yayından həbs edilən qeyd olunan şəxslər qruplaşmaya pul köçürməkdə və müəyyən texnika göndərməkdə ittiham olunurlar. Prokurorluğun iddiasına görə, bu şəxslər 2013-cü ilin iyunundan 2014-cü ilin noyabrınadək terrorçulara qoşulmaq üçün Suriyaya getməyə çalışan silahlılara maliyyə yardımı göstəriblər. 

“F.Emin D.İzmetlə sövdələşməyə girərək “Yunud Əl-Şam” qruplaşmasına ümumilikdə 7750 avro məbləğində yeddi pul köçürməsi həyata keçirib. Bundan başqa, onlar, Suriyadakı terrorçulara qoşulmaq istəyən dörd çeçen əsilli şəxsə bilet alaraq təyyarə ilə Türkiyəyə yola salıblar”, deyə məlumatda qeyd olunur.

Aktual.az

Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR