Suriyanın Homs şəhərində bu gün baş verən iki partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, "Əl-Əhli" xəstəxanasının yanında törədilmiş terror aktı zamanı 70-dən çox adam yaralanıb və xəstəxanaya çatdırılıb.
Xəstəxanadakı mənbənin məlumatlarına görə, təkcə elə adıçəkilən səhiyyə müəssisəsində 70 yaralı və xəsarət alan var. Yaralıların bir hissəsi isə başqa xəstəxanalara aparılıb.
Aktual.az