Suriyada daha bir iranlı general öldürülüb

Suriyada daha bir iranlı general öldürülüb

İran İnqilab keşikçiləri Qvardiyasının briqada generalı Həsənəli Şəmsabadi Suriyadakı savaşda öldürülüb.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda İranın "Fars" agentliyi məlumat yayıb.

Onun Suriyanın hansı bölgəsində öldürüldüyü haqda xəbər verilməyib. Bununla belə İranın bu ölkədə öldürülən yüksək rütbəli zabitlərinin sayının çox olduğunun qvardiyanın rəhbərləri də etiraf edir.

Qeyd edək ki, iranlı hərbçi və əsgərlər Bəşşar Əsəd rejimini müdafiə edir, ona bağlı silahlılarla birlikdə döyüşürlər.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR