Atəşkəs rejiminə Suriyanın əksər ərazilərində əməl olunur.
Aktual.az APA-ya istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.
"Atəşkəs rejiminə Suriyanın əksər ərazilərində əsasən əməl olunur. Son sutka ərzində hər hansı əhəmiyyətli insidentin baş verdiyi barədə məlumat almamışıq. Biz mümkün qədər diqqətlə vəziyyəti izləməkdə davam edirik", deyə C.Kirbi bildirib.
Xatırladaq ki, Suriyada hökumət qüvvələri və silahlı müxalifət arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan atəşkəs rejimi fevralın 27-də qüvvəyə minib.