Suriyada atəşkəs elan olundu

Suriyada atəşkəs elan olundu
  • DÜNYA

Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə atəşkəs rejimini dəstəkləyən qətnamə qəbul edib.

Sənəddə qeyd olunub ki, Suriya hökumət qüvvələri, həmçinin müxalif birləşmələr döyüş əməliyyatlarının dayandırılması şərtlərini qəbul etdikləri barədə Rusiya və ABŞ-ı məlumatlandırıblar.

“Atəşkəs rejiminə əməl olunduğu halda, münaqişə tərəfləri nümayəndələrinin növbəti görüşü martın 7-də keçiriləcək”, deyə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya Federasiyası arasında imzalanan razılaşmaya əsasən fevralın 27-dən Suriyada hökumət qüvvələri və müxalifətin silahlı qrupları arasında atəşkəs qüvvəyə minir.

Bununla belə, İŞİD və “Cəbhət ən Nüsrə” qruplaşmalarına qarşı əməliyyat davam etdiriləcək.

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR