Suriyada 250-dən çox terrorçu zərərsizləşdirildi

Suriyada 250-dən çox terrorçu zərərsizləşdirildi

Suriya ordusu aprelin 3-dən Hələb əyalətinə edilən hücumların qarşısını alan zaman "Nüsra cəbhəsi" terror qruplaşmasının 250-dən çox yaraqlısını məhv edib.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə Suriya ərazisində düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəisi, general-leytenant Sergey Kuralenko məlumat verib.
""Cəbhat ən-Nüsra"nın terror dəstələri aprelin 3-dən indiyə qədər hökumət qoşunlarının Hələb əyalətinin cənub-qərb hissəsindəki mövqelərinə hücumlarını davam etdirirlər. Hökumət qoşunları tərəfindən hücumların qarşısı alınan zaman 250-dən çox terrorçu, iki tank və başqa texnika məhv edilib", - deyə o əlavə edib.
Kuralenko, həmçinin bildirib ki, ötən həftə ərzində Hələb şəhərinin sözügedən terror qruplaşmasının üzvləri tərəfindən atəşə tutulması nəticəsində 82 dinc sakin həyatını itirib, 266 nəfər yaralanıb.

Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR