Suriyada 15 günlük atəşkəs elan etdi

Suriyada 15 günlük atəşkəs elan etdi
  • DÜNYA

Suriyada hökumət və müxalifət qüvvələri 15 günlük atəşkəs elan edilməsi barədə razılığa gəlib.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Suriya İnsan Hüquqları Müşahidə Evi məlumat yayıb. Məlumata görə, bu barədə qərar tərəflərin Şərqi Quta vilayətində keçirilən görüşündə qəbul edilib. 15 günlük atəşkəs barədə qərar noyabrın 19-dan qüvvəyə minir.

Məlumatda bildirilir ki, bu, sınaq müddətidir. Tərəflər razılaşmanın reallaşacağı təqdirdə müddəti uzada biləcəklərini bəyan edib.

Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR