Suriya SEPAH-a qarşı ABŞ ilə əməkdaşlıq edəcək

Suriya SEPAH-a qarşı ABŞ ilə əməkdaşlıq edəcək
  • DÜNYA

Dəməşq bundan sonra İŞİD, İslam İnqilabı Keşikçiləri Korpusu, HƏMAS, Hizbullah və digər terror şəbəkələrinin qalıqları ilə mübarizədə ABŞ ilə fəal əməkdaşlıq edəcək və sülhün təmin edilməsi üçün qlobal səylərdə sadiq tərəfdaş olacaq.
Aktual.az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak deyib.
Suriya Prezidenti Əhməd əş-Şaranın ABŞ-a səfərinə və ABŞ Prezidenti Donald Trampla görüşünə toxunan Barrak bunun müsbət nəticə verdiyini bildirib:
"Onlar qarşıdurmanı qarşılıqlı əlaqə ilə əvəz etməyin, Suriyaya və onun xalqına yenilənmə üçün real şans verməyin vaxtının çatdığına dair ortaq inanclarını vurğuladılar”.
Barrak əlavə edib ki, Suriyaya real şans verməkdə növbəti addım Sezar Aktını tamamilə ləğv etməkdir və o, Konqresi bu tarixi addımı atmağa çağırıb.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR