Rusiya Müdafiə Nazirliyi və Suriya müxalifətinin rəhbərləri "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı birgə əməkdaşlıq üçün əlaqələndirmə qrupları yaradıblar.
Aktual.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Andrey Kartapolov məlumat verib.
"Biz əlaqələndirmə üzrə işçi qrupları yaratmışıq. Onların tərkibi və vəziyyəti hazırda məlum səbəblərdən açıqlana bilməz. Onların İŞİD-lə mübarizə üzrə vəzifələrin həlli istiqamətində səylərin razılaşdırılması üzrə birgə fəaliyyəti təşkil edilib", – deyə Kartapolov bildirib.
Aktual.az