Suriya ordusu PKK/YPG-nin mövqelərini bombalayır

Suriya ordusu PKK/YPG-nin mövqelərini bombalayır
  • DÜNYA

Suriya ordusu Hələbdə PKK/YPG-nin mövqelərini bombalamağa başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Suriya ordusu Hələbin Şeyx-Məqsud və Əşrəfiyyə rayonlarında məhdud hərbi əməliyyat keçirir.
Qeyd edək ki, bundan əvvəl Suriya ordusu Suriya Demokratik Qüvvələrinin Hələbdəki hərbi obyektlərinin qanuni hədəf olduğunu bildirmişdi.
Suriya ordusu onu da bildirib ki, SDQ tərəfindən idarə olunan bölgələr qapalı hərbi zona elan olunub və mülki şəxslərin həmin ərazilərdən çıxması üçün humanitar dəhlizlər yaradılıb. Yerli mətbuat Şeyx Məqsud və Əşrəfiyyə bölgələrində iki humanitar bölgənin yaradılması haqqında məlumat yayıb. Məktəblər, universitetlər və hökumət qurumları fəaliyyətini dayandırıb. Baş verən toqquşmalarda indiyə qədər azı 9 nəfərin öldüyü təsdiqlənib.
Xəbər 161 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR