Ukraynada atəşkəsi nəzərdə tutan Minsk sazişinin bütün şərtləri tam icra olunanadək Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə Aİ Şurasının rəhbəri Donald Tusk bildirib.
Aİ Şurası Avropa İttifaqının ali siyasi rəhbər orqanıdır. Sanksiyaların ləğvini Misk sazişinin icrasına uzlaşdırmaq qərarı ötən gün Aİ liderlərinin sammitində qəbul olunub.